\

\"TANAP qaz kəməri Rusiya qazını qismən əvəz edə bilər\" - RƏSMİ MOSKVA

Hazırda oxunan: \"TANAP qaz kəməri Rusiya qazını qismən əvəz edə bilər\" - RƏSMİ MOSKVA

86408

Rusiya Federasiya Şurasının üzvü Aleksey Puşkov özünün Telegram kanalında Türkiyənin TANAP (Trans-Anadolu qaz kəməri) vasitəsilə Avropa üçün Rusiya qazına alternativ təmin etmək imkanlarını dəyərləndirib.

Bizim.Media Rusiya mətbuatına istinadən xəbər verir ki, senator diqqətə çatdırıb ki, Avropa İttifaqı (Aİ) yaxın gələcəkdə Rusiyadan enerji ehtiyatlarından imtina edə bilməyəcək, lakin onları əvəz etmək və təchizatı azaltmaq üçün digər imkanlar axtaracaq.

“TANAP qaz kəməri Rusiya qazına qismən alternativ olmalıdır. Ancaq, hətta digər mənbələrlə (Qətər, ABŞ, Türkiyə) birlikdə yaxın illərdə onu tamamilə əvəz edə bilməyəcək”, deyə Puşkov yekunlaşdırıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO