Avro ucuzlaşdı – MANATA ziyanı olacaqmı? – Ekspertin RƏYİ

Avro ucuzlaşdı – MANATA ziyanı olacaqmı? – Ekspertin RƏYİ

Hazırda oxunan: Avro ucuzlaşdı – MANATA ziyanı olacaqmı? – Ekspertin RƏYİ

83515

“Mövcud vəziyyət Azərbaycan üçün əlverişlidir. Çünki bu halda Avropadan mal və xidmət almaq ölkəmiz üçün ucuz başa gələcək”. 

Bunu Bizim.Media-ya açıqlamasında maliyyə-bank eksperti Əkrəm Həsənov 1 avronun 1 dollar olması fonunda Azərbaycan milli valyutasının da avroya nisbətdə möhkəmlənərək, 1,7 manat olmasnın ölkəmizə verəcəyi dividentlərdən danışarkən deyib:
 

MÖVZU İLƏ BAĞLI:

Avro və lirə ucuzlaşdı - MƏZƏNNƏ 


“1 avronun 1 dollar olması fonunda avro manata nisbətdə də ucuzlaşıb. Bu da onunla bağlıdır ki, manat əslində dollara bağlı olan valyutadır.

Ona görə digər valyutalar kimi, manatın da qiyməti dollara uyğun müəyyən olunur. Dollar dünyada bahalaşır, digər valyutalar ucuzlaşırsa, deməli həmin valyutalar manata nisbətdə də ucuzlaşır. Bu mənada avro dollara nisbətdə baha olan dövrdə 1 avro 2 manat idisə, hazırda bu rəqəm 1,7 manata düşüb.

Deməli, manat da dollar kimi avroya nisbətdə möhkəmlənir. Azərbaycana əsasən xarici valyuta olaraq dollar gəlir.

Bu da ölkəmizin xaricə əsasən neft və qaz satması ilə bağlıdır. Nəticədə indiki halda həmin dollarla daha çox avro alırıq. Bu isə ölkəmizə Avropadan daha çox mal və xidmət əldə etməyimizə imkan verir. Ona görə də mövcud vəziyyət Azərbaycan üçün əlverişlidir”.

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO