“DəmirBank”x9d “Contact”x9d sistemi ilə təcili pul köçürmə xidmətlərini yenidən bərpa etdi

“DəmirBank”x9d “Contact”x9d sistemi ilə təcili pul köçürmə xidmətlərini yenidən bərpa etdi

Hazırda oxunan: “DəmirBank”x9d “Contact”x9d sistemi ilə təcili pul köçürmə xidmətlərini yenidən bərpa etdi

82665


“DəmirBank”x9d “Contact”x9d sistemi ilə təcili pul köçürmə xidmətlərini yenidən bərpa edib. Bu sistem vasitəsilə dünyanın 80-dan çox ölkəsinə təcili pul köçürmə mümkündür. Köçürmələr manat, ABŞ dolları, avro və ya rus rublu ilə aparıla bilər.

Qeyd edək ki, “DəmirBank”x9dın “Pul köçürən və alanlara mobil danışıq kartı hədiyyə”x9d kampaniyası çərçivəsində “Contact”x9d sistemi üzrə də pul göndərənlərə və pul alanlara mobil danışıq kartı hədiyyə edilir. Belə ki, Bankın filiallarında ən azı 500 AZN / USD / EUR və ya 15000 RUR məbləğində pul köçürənə istədiyi mobil rabitə sisteminin 1 manatlıq, köçürmə məbləği ən azı 2000 AZN / USD / EUR və ya 60000 RUR olduqda isə müştəriyə 2 manatlıq mobil danışıq kartı hədiyyə olunur.

“DəmirBank”x9d əhaliyə 200-dək ölkə üzrə pul köçürmə xidmətlərini təklif edir. Bank beynəlxalq pul köçürmələrini “Contact”x9dla yanaşı, “Western Union”x9d, “Blizko”x9d, “PrivatMoney”x9d, “UPT, Leader”x9d, “Forsaj”x9d, “Monex”x9d sistemləri ilə həyata keçirir. Bank özünün “Şimşək”x9d sistemi ilə isə əhaliyə ölkədaxili pul köçürmə xidmətləri göstərir.

Ölkənin ilk kommersiya banklarından biri olan “DəmirBank”x9d 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan “Avropa Yenidənqurma və İnkişaf Bankı”x9d və “Hollandiya İnkişaf Maliyyə Şirkəti”x9d (FMO) daxildir. “DəmirBank”x9d həmçinin “Fitch Ratings”x9d beynəlxalq qiymətləndirmə agentliyinin “stabil”x9d, “Planet Rating”x9d agentliyinin isə “pozitiv”x9d proqnozlu “B”x9d reytinqlərinə malikdir.

Bankla əlaqə saxlamaq üçün:

Məlumat Mərkəzi : (012) 149
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO