“Avropanın ən doğru loqistikası Azərbaycandan keçir” – Üç türk dövlətinin Bakı Bəyannaməsinin ŞƏRHİ 

“Avropanın ən doğru loqistikası Azərbaycandan keçir” – Üç türk dövlətinin Bakı Bəyannaməsinin ŞƏRHİ 

Hazırda oxunan: “Avropanın ən doğru loqistikası Azərbaycandan keçir” – Üç türk dövlətinin Bakı Bəyannaməsinin ŞƏRHİ 

81174

“Bir müddətdən sonra Rusiyadan keçən yüklərin alternativ yollara yönləndirilməsi məsələsi daha ciddi aktuallıq kəsb edəcək ki, bu zaman Tükiyə, Azərbaycan və Qazaxıstan kimi ölkələrin əməkdaşlığından yaranan yeni loqistik marşurutlar kifayət qədər cəlbedici olacaq”.

Bunu Bizim.Media-ya açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli Bakıda Türkiyə, Azərbaycan və Qazaxıstanın XİN rəhbərləri və nəqliyyat nazirlərinin iştirakı ilə keçirilən üçtərəfli görüş və onun nəticəsi olaraq imzalanan Bakı Bəyannaməsinin əhəmiyyətini şərh edərəkən deyib:
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycan-Türkiyə-Qazaxıstan birlikdə İşçi Qrup formalaşdıracaq


“Türkdilli dövlətlər arasında inteqrasiya son illər kifayət qədər sürət götürüb. İqtisadi, sosial, elm və təhsillə bağlı müxtəlif inteqrasiya layihələri nəzərdə tutulub ki, onlardan biri də məhz bu gün Bakıda Türkiyə, Qazaxıstan və Azərbaycan arasında imzalanan sənədlərdir. Yeni dünya düzənində alternativ loqistik yolların önəmi yüksəlib”. 

Həmsöhbətimiz qeyd edir ki, adı çəkilən 3 türkdilli dövlətlərin ərazisindən keçən yeni loqistik xətlər gələcəkdə dünya iqtisadiyyatı üçün önəmli rol oynayacaq:

“Çünki Qərbi Şərqlə bağlayan bir çox yollar, əsasən də dəmir yolu daha çox Rusiya ərazisindən keçir. Hazırda isə Rusiyadan keçən ərazilər sanksiyalar fonunda problemlidir. Bir müddətdən sonra Rusiyadan keçən yüklərin alternativ yollara yönləndirilməsi məsələsi daha ciddi aktuallıq kəsb edəcək ki, bu zaman Tükiyə, Azərbaycan və Qazaxıstan kimi ölkələrin əməkdaşlığından yaranan yeni loqistik marşurutlar kifayət qədər cəlbedici olacaq.

Yəni, Avropanın ən doğru loqistikası Azərbaycandan keçir. Dünən G7 ölkələrin görüşündə də yaxın illərdə yeni loqistik xətlərin açılmasına 600 milyard dollar xərclənəcəyi vurğulandı. Bu vacib loqistik xətlərdən biri də böyük ehtimalla adı çəkilən 3 türk dövlətini birləşdirən xətlər olacaq. Nəticədə həmin proseslə Azərbaycan ciddi loqistik mərkəzə çevriləcək.

Bakı limanının modernləşdirilməsi, Bakı-Tiflis-Qars dəmir yolunun çəkilişi kimi layihələr zatən ölkəmiz barədə kifayət qədər müsbət imic yaradıb. Bundan başqa, Zəngəzur karidorunun həm İran, həm də Ermənistandan keçəcək versiyası çoxşaxəli loqistik modelə keçmək imkanlarını genişləndirəcək”. 
N. Cəfərlinin fikrincə, 3 türkdilli dövlətin inteqrasiyası da daha çox loqistika, iqtisadi məsələlər və mədəni məsələlərin getdikcə daha çox kordinasiya olunmasına rəvac verəcək. 

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO