Azərbaycanda bərpa olunan enerji sahəsində yeni layihələrə start veriləcək - AYİB

Azərbaycanda bərpa olunan enerji sahəsində yeni layihələrə start veriləcək - AYİB

Hazırda oxunan: Azərbaycanda bərpa olunan enerji sahəsində yeni layihələrə start veriləcək - AYİB

80603

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) bu il Azərbaycanda dayanıqlı inkişaf və bərpa olunan enerji sahələrində bir neçə layihə işə salacaq. 

Bizim.Media xəbər verir ki, bunu AYİB-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kamola Mahmudova Qara Dəniz Ticarət və İnkişaf Bankının (QDTİB) 24-cü illik iclası zamanı deyib. 

"Biz artıq Gəncədə bərk məişət tullantılarının idarə olunması üzrə layihəni işə salmışıq. Bu yay günəş və külək enerjisi sahəsində daha iki layihə işə salacağıq", - deyə o bildirib. 
Trend-in məlumatına görə, o, AYİB-in bundan sonra da Azərbaycanda "yaşıl" iqtisadiyyatı dəstəkləyəcəyini söyləyib. 

"Bu il biz rəqəmsallaşma sektorunun təkmilləşdirilməsi, ərzaq təhlükəsizliyinin təmin olunması, Orta Dəhlizə diqqət ayırmaqla nəqliyyat sektorunun inkişafı üzərində işləyəcəyik", - K.Mahmudova deyib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO