İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti antiinihsar qanunvericiliyinin tələblərinin pozulmaması və haqsız rəqabətə yol verilməməsi məqsədilə tədbirləri davam etdirir.
Dövlət Xidmətindən Bizim.Media-ya verilən məlumata görə, bu tədbirlər çərçivəsində mobil telefon cihazları bazarında araşdırmalar aparılıb, təsərrüfat subyektlərinə zəruri sənəd və məlumatların təqdim olunmasına dair sorğular göndərilib.
Sorğuda tələb olunan sənəd və məlumatları təqdim etməyən “V-TELECOM” MMC, “İMPERİUS” MMC və “BUL ELECTRONİCS” MMC barəsində antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə iş qaldırıb.
İşə baxılması barədə məlumatlar Dövlət Xidmətinin rəsmi internet səhifəsində yerləşdiriləcək.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
12:23 / 21.06.2022
Mobil telefon bazarında ARAŞDIRMA – İş qaldırıldı
Hazırda oxunan: Mobil telefon bazarında ARAŞDIRMA – İş qaldırıldı
Hazırda oxunan: Mobil telefon bazarında ARAŞDIRMA – İş qaldırıldı
80238
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.