Mərkəzi Bank pul bazasının azalmasının səbəblərini AÇIQLADI 

Mərkəzi Bank pul bazasının azalmasının səbəblərini AÇIQLADI 

Hazırda oxunan: Mərkəzi Bank pul bazasının azalmasının səbəblərini AÇIQLADI 

79743

Profisitli dövlət büdcəsi və Azərbaycan Mərkəzi Bankı tərəfindən sterilizasiya əməliyyatlarının aktivləşdirilməsi şəraitində manatla pul bazası 2022-ci ilin ötən dövründə 5,5 % azalıb. 

Bu barədə Bizim.Media Mərkəzi Bankın bəyanatına istinadən xəbər verir. 

"İnflyasiya təzyiqlərinin artdığı şəraitdə izafi likvidliyin əlavə sterilizasiyası məqsədilə məcburi ehtiyat normalarından daha aktiv istifadə edilməsi də nəzərdə tutulur.

Mərkəzi Bankın 6 iyun 2022-ci il tarixli qərarı ilə “Məcburi ehtiyatların norması, hesablanması və saxlanması Qaydası”na edilən dəyişikliklərin qüvvəyə minməsi məcburi ehtiyatlara dair çevik qərarların qəbuluna şərait yaradır", - deyə məlumatda deyilir. 

Bildirilir ki, qiymətləndirmələrə görə məcburi ehtiyatların milli valyutada depozitlər üzrə 4 %-ə, xarici valyutada depozitlər üzrə isə 5 %-ə qaldırılması bank sektoru üzrə öhdəliklərin maya dəyərinə cəmisi 0,044 % artırıcı təsir göstərir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO