Azərbaycanda il başlayandan bu günə qədər avtomobillərin qiyməti 2-5 faiz qiymət artıb.
Bizim.Media xəbər verir ki, bu barədə nəqliyyat sahəsi üzrə ekspert Eldəniz Cəfərov deyib.
Onun sözlərinə görə, ötən ay həm yeni, həm də köhnə avtomobillərin satışı artıb:
“Hər il yaya doğru avtomobillərə tələbat artır. Bu səbəbdən avtomobillərin qiyməti qalxır. Vətəndaşlar əvvəlki illərlə müqayisədə yeni avtomobil almağa üstünlük verirlər”.
Ekspert "Trend"ə bildirib ki, yeni avtomobil bazarında aktivlik təkrar avtomobil bazarından daha çoxdur.
“Ötən ay birinci əl avtomobil bazarında alıcılar “krossover” və mini “krossover”lərə üstünlük verib. Təkrar avtomobil bazarında isə əsas tələb mühərrik həcmi 1 500 kubsantimetrdən 2 500 kubsantimetrə qədər olan “sedan” və “heçbek”lərə olub. Yeni avtomobil bazarında isə əsas üstünlük hibrid avtomobillərə verilib. Bunlar mühərrik həcmi 2 500 kubsantimetr olan “krossover”lərdir.
E.Cəfərovun sözlərinə görə, bu ayın sonunda bazarda qiymətlərin bir qədər artacağı gözlənilir:
“Hər rübün sonunda avtomobil istehsalçıları tərəfindən yeni avtomobillərin qiyməti 2-5 faiz artırılır. Məsələn, yanvar-mart ayları ərzində qiymətlərdə 2-5 faiz civarında artım var idisə, ikinci rübün sonuna doğru da qiymətlərin bu həddə yüksələcəyi gözlənilir. Bu, bizim daxili bazarla deyil, istehsalçı şirkətlərlə əlaqədardır. Qiymət artımının əsas səbəbi avtomobillərin ehtiyat hissələrinin və logistika qiymətlərinin artmasıdır. Ümumi götürsək, yay ayında avtomobillərin qiymətitn artması gözlənilmir”.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
04:23 / 14.06.2022
Azərbaycanda bu avtomobillər BAHALAŞDI
Hazırda oxunan: Azərbaycanda bu avtomobillər BAHALAŞDI
Hazırda oxunan: Azərbaycanda bu avtomobillər BAHALAŞDI
79117
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.