Rusiyanın Perm vilayəti Azərbaycanla ticarəti artıracaq.
Bizim.Media xəbər verir ki, bunu Bakıda səfərdə olan Rusiyanın Perm vilayətinin qubernatoru Dmitri Maxonin Azərbaycan Respublikasının iqtisadiyyat nazirinin müavini Sahib Məmmədovla görüşündən sonra bildirib.
Onun sözlərinə görə, bununla bağlı sadələşdirilmiş gömrük və fitosanitar prosedurlara malik konteyner qovşaqlarının yaradılması nəzərdə tutulur.
"Bunun üçün atılan addımlardan biri "Agroexpress" layihəsinin həyata keçirilməsi ola bilər. Bu, sadələşdirilmiş gömrük və fitosanitar prosedurları ilə konteyner qovşaqları vasitəsilə yüklərin daşınmasını təşkil etməyə imkan verəcək. Layihəyə Permdə yaradılan xüsusi iqtisadi zona kömək edəcək. Osentsovski sənaye qovşağı - bu, yüklərin göndərilməsi üçün ən böyük nəqliyyat qovşağıdır. Bundan əlavə, biz Rusiya Dəmir Yolları ilə birlikdə yeni konteyner terminalının tikintisi layihəsi üzərində işləyirik. Logistika yaxşılaşdırılarsa, o zaman digər sahələrdə əməkdaşlıq təşkil olunacaq”, - Maxonin bildirib.
İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov deyib ki, Permlə Azərbaycan arasında ticarətin statistikası əməkdaşlığın qurulması üçün yüksək potensialdan xəbər verir.
"Azərbaycan Rusiyanın bir çox regionları, o cümlədən Perm vilayəti ilə tərəfdaşlıq əlaqələri qurub. Bu gün biz sahibkarlarımız arasında münasibətləri inkişaf etdirmək barədə düşünməliyik. Bunun üçün bizim möhkəm qanunvericilik bazamız var, müxtəlif biznes-forumlar, rəsmilərin görüşlərini təşkil edirik ki, bu da iqtisadi əməkdaşlığın inkişafına böyük təkan verir”, - S.Məmmədov vurğulayıb.
Statistik məlumatlara görə, 2021-ci ildə Permlə Azərbaycan arasında ticarət dövriyyəsinin həcmi 44,39 milyon dollar təşkil edib ki, bu da əvvəlki dövrlə müqayisədə 25% çoxdur.
Azərbaycanda ən çox sellüloz-kağız məmulatları və ağac, kimya sənayesi məhsulları və rezin, qida məhsullarına tələbat yaranıb. 2021-ci ildə Azərbaycandan Perm ərazisinə məhsul idxalı 1,87 milyon dollar təşkil edib. Region sənayeçiləri, o cümlədən “Novomet-Perm”, “UEC-Perm Motors” və digər şirkətlər maşınqayırma məhsulları, metallar və məmulatlar alıblar.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
23:45 / 02.06.2022
Perm vilayəti Azərbaycanla ticarəti artıracaq - Bakıda müzakirə
Hazırda oxunan: Perm vilayəti Azərbaycanla ticarəti artıracaq - Bakıda müzakirə
Hazırda oxunan: Perm vilayəti Azərbaycanla ticarəti artıracaq - Bakıda müzakirə
77467
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.