Azərbaycan və Özbəkistan gömrük orqanları arasında 2022-2023-cü illər üçün qarşılıqlı Fəaliyyət Planı imzalanıb.
Dövlət Gömrük Komitəsindən Bizim.Media-ya verilən məlumata görə, sənədi DGK-nin sədri Səfər Mehdiyev və Özbəkistan Dövlət Gömrük Komitəsinin sədri Akmalxuja Mavlonov imzalayıblar.
Bildirilir ki, sənəddə qarşılıqlı əlaqələrin möhkəmləndirilməsi əks olunub ki, bu da tərəflər arasında davamlı inkişafına töhfə verəcək.
İkitərəfli əlaqələrin, ticarət dövriyyəsinin daha da genişlənməsi üçün böyük potensialın olduğunu deyən Akmalxuja Mavlonov, buna həm Özbəkistanın, həm də Azərbaycanın inkişaf edən iqtisadiyyatlarının imkan verdiyini qeyd edib.
Tərəflər arasında qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi aparılıb, o cümlədən, gömrük sistemində informasiya-kommunikasiya texnologiyalarının, kadr potensialının gücləndirilməsi, qaçaqmalçılıqla mübarizə və s. sahələrdə əməkdaşlıq məsələlərinə toxunulub.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
00:17 / 02.06.2022
Özbəkistanla gömrük sahəsində əməkdaşlıq sənədi imzalandı - FOTO
Hazırda oxunan: Özbəkistanla gömrük sahəsində əməkdaşlıq sənədi imzalandı - FOTO
Hazırda oxunan: Özbəkistanla gömrük sahəsində əməkdaşlıq sənədi imzalandı - FOTO
77277
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.