Sabahdan başlayaraq iyunun 3-nə qədər Bakı Ekspo Mərkəzində 19-cu Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika Sərgisi - “Translogistica Caspian” и 10-cu Yubiley Xəzər Beynəlxalq Yol İnfrastrukturu və İctimai Nəqliyyat Sərgisi - “Road&Traffic” keçiriləcək.
Bizim.Media xəbər verir ki, bu barədə sərgilərin təşkilatçısı olan "Caspian Event Organisers" şirkəti məlumat yayıb.
Bildirilib ki, sərgilərdə Azərbaycan, Almaniya, Belarus, Yunanıstan, İtaliya, Qazaxıstan, Rusiya Federasiyası, Türkiyə və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) şirkətləri öz məhsul və xidmətlərini təqdim edəcəklər.
“TransLogistica” dəmir yolları, dənizçilik sənayesi və nəqliyyat-logistika xidmətləri kimi nəqliyyat sektorlarını birləşdirən səmərəli platformadır.
“Road&Traffic” isə Azərbaycanda yol infrastrukturu sahəsində əsas ixtisaslaşdırılmış tədbirdir. “Road&Traffic” sərgisi yol infrastrukturu, ictimai nəqliyyat, yol təhlükəsizliyi və informasiya texnologiyaları sektorlarının peşəkarlarının görüş yeridir.
Sərgilərə rəsmi dəstəyi Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi, “TRACECA” Hökumətlərarası Komissiyasının Daimi Katibliyi, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) və İqtisadiyyat Nazirliyi yanında Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) göstərir.
Bizim.Media
![Sabah Bakıda iki beynəlxalq sərgi keçiriləcək Sabah Bakıda iki beynəlxalq sərgi keçiriləcək](https://bizim.media/file/articles/2022/05/31/1653982114_2-2.jpg)
- A-
- A
- A+
İqtisadiyyat
11:29 / 31.05.2022
Sabah Bakıda iki beynəlxalq sərgi keçiriləcək
Hazırda oxunan: Sabah Bakıda iki beynəlxalq sərgi keçiriləcək
Hazırda oxunan: Sabah Bakıda iki beynəlxalq sərgi keçiriləcək
76938
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.