Dövlət xətti ilə kirayəyə verilən mənzillərin sayı açıqlandı

Dövlət xətti ilə kirayəyə verilən mənzillərin sayı açıqlandı

Hazırda oxunan: Dövlət xətti ilə kirayəyə verilən mənzillərin sayı açıqlandı

76923

Bu günə qədər İpoteka və Kredit Zəmanət Fondu (İKZF) 39 197 borcalana 2 milyard 184,423 milyon manat kredit verib.

Bizim.Media xəbər verir ki, bu barədə İKZF-nin açıqlamasında bildirilir.

Bundan başqa, qurum bəyan edib ki, indiyə qədər 302,383 milyon manat məbləğində biznes kreditlərinə zəmanət verilib, 1 600 mənzil isə kirayəyə vermək yolu ilə realizə edilib.

Xatırladaq ki, Fond 2017-ci ilin sonunda “Azərbaycan İpoteka Fondu” və “Kredit Zəmanət Fondu” ASC-lərin birləşməsi nəticəsində yaradılıb və onların hüquqi varisidir.
Fond milli maliyyə təsisatlarına uzunmüddətli subsidiyalaşdırılmış ipoteka kreditlərinin verilməsi və ucuz maliyyə resurslarına çıxışın təmin edilməsi ilə bağlı likvidlik dəstəyini verən dövlət agenti kimi fəaliyyət göstərir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO