Azərbaycana xaricdən göndərilən pulun miqdarı niyə azalıb? – SƏBƏB 

Azərbaycana xaricdən göndərilən pulun miqdarı niyə azalıb? – SƏBƏB 

Hazırda oxunan: Azərbaycana xaricdən göndərilən pulun miqdarı niyə azalıb? – SƏBƏB 

76339

Bu ilin I rübündə Azərbaycana 210,6 milyon ABŞ dolları məbləğində pul baratları daxil olub.
Bu barədə məlumat Azərbaycan Mərkəzi Bankının “Pul siyasəti icmalı”nda qeyd olunub. 

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 7 faiz azalma deməkdir. Bu azalmaya nələr səbəb olub?

Bununla bağlı Bizim.Media-ya açıqlama verən maliyyə-bank eksperti Əkrəm Həsənovun fikrincə, birinci rüb ərzində ölkəyə daxil olan pul baratlarının azalması Rusiyanın fevralın sonu-mart ayı üçün xaricə pul köçürmələrə qoyduğu ciddi məhdudiyyətlə bağlı olub: 
 

MÖVZU İLƏ BAĞLI:

Rusiyadan göndərilən pula görə vergi verəcəyik? – Banklarda SORĞU-SUAL başladı 


“Əlsində bu azalmanı elə də ciddi azalma hesab etmək olmaz. Çünki azalma elə də böyük rəqəmlərlə ölçülmür. Digər tərəfdən, ola bilər pul baratları azalıb, amma bank köçürmələri çoxalıb. Axı pul ancaq poçtla gəlmir. Azərbaycana pul baratları əsasən Rusiyadan gəlir. Lakin Ukrayna böhranı başlayandan, yəni fevralın 24-dən Rusiyada yaşayan azərbaycanlıların vətənlərinə pul göndərməsi xeyli dərəcədə problemə çevrilib.

Mart ayının sonlarına qədər Rusiya xaricə pul köçürmələrinə xeyli məhdudiyyət qoymuşdu. Düzdür, aprel-may ayında bu məhdudiyyətlər bir qədər yumşaldıldı.

Bu mənada ola bilər fevralın sonu-mart ayı ərzində bir aydan çox müddətə tətbiq edilən məhdudiyyət məhz I rübdə daxil olan pul baratlarının keçən ilin anoloji dövrü ilə müqayisədə azalmasına səbəb olub”. 

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO