Azərbaycanda Rusiya rublunun məzənnəsi 3 qəpiyi keçdi - 4 illik fasilədən sonra

Azərbaycanda Rusiya rublunun məzənnəsi 3 qəpiyi keçdi - 4 illik fasilədən sonra

Hazırda oxunan: Azərbaycanda Rusiya rublunun məzənnəsi 3 qəpiyi keçdi - 4 illik fasilədən sonra

76049

Azərbaycan Mərkəzi Bankı 4 illik fasilədən sonra Rusiya rublunun rəsmi məzənəsini 0,03 manatdan yüksək müəyyən edib.

Bizim.Media xəbər verir ki, bu günə 1 rubl 0,0307 manata bərabərdir.

Sonuncu dəfə rublun məzənnəsi 2018-ci il martın 6-da 3 qəpikdən yüksək (0,0301 manat) müəyyən olunub.

Xatırladaq ki, Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən sonra qonşu ölkəyə qarşı tətbiq olunmuş kəskin sanksiyalar fonunda bu ölkənin milli valyutası kəskin dəyər itirib.
Rusiya Bankının (Mərkəzi Bank) və Maliyyə Nazirliyinin inzibati nəzarət alətləri nəticəsində rublun məzənnəsi müharibədən əvvəlki səviyyəyə qaytarılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO