İlin sonuna qədər dollar avronu üstələyə bilər – Ekspert ŞƏRTLƏRİ AÇIQLADI

İlin sonuna qədər dollar avronu üstələyə bilər – Ekspert ŞƏRTLƏRİ AÇIQLADI

Hazırda oxunan: İlin sonuna qədər dollar avronu üstələyə bilər – Ekspert ŞƏRTLƏRİ AÇIQLADI

74845

“Qərbin Rusiya iqtisadiyyatına tətbiq etdiyi sanksiyalar Avropa iqtisadiyyatına da artıq mənfi təsir göstərir. Buna görə də bütün dünyada, o cümlədən də Azərbaycanda avro ucuzlaşmaqdadır. Əslində Azərbaycan manatı dollara bağlıdır. Avro dollara nisbətdə ucuzlaşırsa, deməli Azərbaycan manatına görə də ucuzlaşmaqda davam edəcək”.

Maliyyə üzrə ekspert Əkrəm Həsənovun Bizim.Media-ya danışarkən belə deyib.

Ekspert qeyd edib ki, əslində Avronun indiki dəyər itirmə prosesi birbaşa Ukrayna- Rusiya müharibəsi ilə bağlıdır. Müharibə uzandıqca avro tənəzzül edəcək. 

Ekspert iddia edir ki, əgər Ukrayna-Rusiya müharibəsi bu ilin sonuna kimi davam edərsə, dollar avrodan baha ola bilər:

“Amerika daha sabit bir ölkə olduğu üçün valyutası da daha stabildir. Avropa iqtisadiyyatı isə bir neçə dövlətin qərarından asılıdır. Ona görə də dəyişikliklərə və itkilərə daha həssasdır. Fikrimcə, Ukraynadakı müharibə ilin sonuna qədər uzanarsa, avronun dəyəri dollardan aşağı düşəcək”. 

Leyla Şah, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO