Bu il dövlət qurumlarına aid 18 domen qeydiyyata alındı - HESABAT

Bu il dövlət qurumlarına aid 18 domen qeydiyyata alındı - HESABAT

Hazırda oxunan: Bu il dövlət qurumlarına aid 18 domen qeydiyyata alındı - HESABAT

73785

Bu ilin aprel ayında Azərbaycanda kompüter təhlükəsizliyi ilə bağlı dövlət strukturları tərəfindən açılan sorğuların sayı mart ayı ilə müqayisədə 36,1% artaraq 546 ədəd təşkil edib.

Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzinin hesabatında yer alıb.

Hesablamalara görə, aprel ayı ərzində mərkəzə daxil olan sorğulardan 96,1%-nə baxılıb və təmin edilib.

Məlumata əsasən, apreldə Azərbaycan internet məkanında dövlət qurumlarına aid 4 domen və 12 yeni subdomen qeydiyyatdan keçib. Mərkəz tərəfindən informasiya təhlükəsizliyi üzrə audit keçirilərək, müvafiq dövlət qurumlarına 36 hesabat təqdim edilib.
Ümumilikdə, bu ilin yanvar-aprel ayları ərzində kompüter təhlükəsizliyi ilə bağlı müraciətlərin ümumi sayı 1812 ədəd təşkil edib ki, bu da 2021-ci ilin eyni göstəricisi ilə müqayisədə 20,3% çoxdur.

Qeyd olunan dövr ərzində, ümumi sorğuların 97%-nə baxılaraq təmin edilib, müvafiq dövlət qurumlarına 104 hesabat təqdim edilib. Bu ilin ilk dörd ayında Azərbaycanın internet seqmentində dövlət qurumlarına aid 18 domen və 63 subdomen qeydiyyata alınıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO