Mərkəzi Bankın valyuta ehtiyatları niyə azalıb? - Ekspert AÇIQLADI

Mərkəzi Bankın valyuta ehtiyatları niyə azalıb? - Ekspert AÇIQLADI

Hazırda oxunan: Mərkəzi Bankın valyuta ehtiyatları niyə azalıb? - Ekspert AÇIQLADI

72932

Azərbaycan Respublikası Mərkəzi Bankının xarici valyuta ehtiyatları ikinci aydır ki, azalır. Bu dəfə azalaraq 29 aprel 2022-ci il tarixinə 7 milyard 86 milyon ABŞ dollar təşkil edib. Ümumilikdə isə, bu ilin fevral ayından etibarən AMB-nin valyuta ehtiyatlarında 73 mln. dollar azalma baş verib.

Valyuta ehtiyatlarında müşahidə olunan mövcud azalma halı nəyə əsaslanır? 
 

MÖVZU İLƏ BAĞLI:

Mərkəzi Bankın bu sahədə gəliri 92% azaldı


Sualımızı iqtisadçı ekspert, hüquqşünas Əkrəm Həsənov cavablayıb. O, Bizim.Media-ya açıqlamasında azalmaların çox zaman müşahidə edildiyini bildirib: 

“Azalma çox cüzidir əslində. Belə azalmalar vaxtaşırı olur və artma, azalma ilə müşahidə olunur. Bu o deməkdir ki, Mərkəzi Bank son günlərdə daha çox dollar satıb. Buna görə də valyuta ehtiyatları azalıb. Bu da aydın məsələdir mart, aprel aylarında vətəndaşlarımız adətən xarici ölkələrə gəzmək, istirahət üçün gedir. Bu səbəblə dollara ehtiyac artır. Bunu böyük eniş olaraq qiymətləndirmək isə düzgün hesab edilmir”, - deyə Ə. Həsənov qeyd edib.

Səkinə Yusibli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO