Avro, Dollar qarşısında 1.1 faiz dəyərdən düşərək 2003-cü ilin Aprel ayından bu yana ən aşağı səviyyə olan 1.06971 dollar səviyyəsini görüb.
Dollara olan marağın davam etməsi, Avro/dollar məzənnəsinin 1 dollar səviyyəsinə doğru geri çəkilməsi ehtimalını da gündəmə gətirir.
Böyük qlobal banklar Avro/dollar məzənnəsinin bu səviyyəyə gələn ildən öncə enməsini gözləmirdilər.
Dollara tələbatın artmasına Fed-in faizləri artırarkən daha öncə diqqət çəkdiyi qədər təmkinli olmayacağına yönəlik proqnozlar təkan verib. Nəticədə də dollar iki həftədən də qısa müddət ərzində 5 faizə qədər dəyər qazanıb.
Banklar, Avro/dollar cütlüyünün gələn il və ya 2017-ci ildə 1 dollar səviyyəsinə geriləməsini gözləyirdilər. Reuters-in sorğusuna qatılan bankların çoxu, Avropa Mərkəzi Bankının dövlət istiqrazlarının alışı proqramına baxmayaraq Avro/dollar məzənnəsinin altı ay bundan sonra 1.08-dən aşağı enəcəyini gözləyirdilər.
Morqan Stanley-in valyuta strategisti İan Stannard, "Avronun aşağı istiqamətli meyli davam edir, dayandırmaq da son dərəcə çətin olacaq kimi görünür. AMB-nin istiqraz alışına başlaması istiqraz faizlərini aşağı salıb" deyib.
Ekspertlər həmçinin Yunanıstanın tutduğu mövqeyin də bazarlarda narahatlıq yaratdığını qeyd ediblər.
MANAT QARŞISINDA DA UCUZLAŞIR
Qeyd edək ki, Mart ayının 6-da 1.1566 manata bərabər olan 1 avro bu gün 1.1327 manata düşüb. 21 Fevralda 1 avro 1.1950 manata bərabər idi. Sabah Avronun manat qarşısında bir az da ucuzlaşacağı gözlənilir.






























































































