SOCAR bu il qaz hasilatını artırmağı planlaşdırır - PROQNOZ

SOCAR bu il qaz hasilatını artırmağı planlaşdırır - PROQNOZ

Hazırda oxunan: SOCAR bu il qaz hasilatını artırmağı planlaşdırır - PROQNOZ

71313

SOCAR istismar etdiyi yataqlardan 2022-ci il ərzində 8 363 540 min kubmetr qaz hasil etməyi proqnozlaşdırır.

Bizim.Media xəbər verir ki, bu barədə SOCAR-dan bildirilib.

Qeyd edək ki, SOCAR ötən il şirkətin müstəqil şəkildə və ya əsas payçı qismində istismar etdiyi yataqlarda 7 857 594 min kubmetr qaz hasil edib. Beləliklə, 2021-ci ilin göstəricisi ilə müqayisədə 2022-ci ildə SOCAR üzrə qaz hasilatı 6,4% artacaq.

Bu ilin yanvar-mart aylarında şirkət 1 917 971 min kubmetr qaz istehsal edib ki, bu da illik müqayisədə 0,08% çoxdur.

Xatırladaq ki, ötən il Azərbaycanda 43,86 mlrd. kubmetr qaz hasil edilib, bu da 2020-ci ilin göstəricisi ilə müqayisədə 18% çoxdur. (APA)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO