Azərbaycan Rusiyaya qazın dəyərini rublla ödəməyə başlayıb

Azərbaycan Rusiyaya qazın dəyərini rublla ödəməyə başlayıb

Hazırda oxunan: Azərbaycan Rusiyaya qazın dəyərini rublla ödəməyə başlayıb

71243

“Rusiya ilə Azərbaycan arasında bütün ticarətin təxminən 30 %-i rublla aparılır. Bütövlükdə, Moskva ilə Bakı arasında iqtisadi əlaqələrin arxitekturasına xarici mənfi amillər az təsir edir”.

Bizim.Media xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə dördüncü departamentinin direktoru Denis Qonçar “RİA Novosti”yə müsahibəsində söyləyib.

Onun sözlərinə görə, rəsmi Moskva Qərbin davranışlarından yaranan riskləri azaltmaq üçün vaxtında tədbirlər görərək Azərbaycanla milli valyutalarda hesablaşmalara daha fəal keçməyə başlayıb.
D.Qonçar əlavə edib ki, Rusiya Azərbaycanın aparıcı iqtisadi tərəfdaşları sırasında qalır və Azərbaycan neft məhsullarının idxalçıları arasında birinci yerdədir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO