“Köndələnçay” su anbarlarının ölkə iqtisadiyyatı üçün yaradacağı YENİ İMKANLAR 

“Köndələnçay” su anbarlarının ölkə iqtisadiyyatı üçün yaradacağı YENİ İMKANLAR 

Hazırda oxunan: “Köndələnçay” su anbarlarının ölkə iqtisadiyyatı üçün yaradacağı YENİ İMKANLAR 

70889

“Azərbaycan Prezidenti cənab İlham Əliyev aprelin 21-də Füzuli rayonunda Köndələnçay su anbarlarında aparılacaq təmir-bərpa işləri tanış olub. Ümumi sistemə daxil olan “Köndələnçay-1”, “Köndələnçay-2” və “Aşağı Köndələnçay” su anbarlarının bərpası ilə Füzuli rayonu ərazisində 6200 hektar əkin sahəsinin suvarılması mümkün olacaq”.

Bizim.Media xəbər verir ki, bu barədə deputat Vüqar Bayramov “Facebook” hesabında məlumat paylaşıb.

“Bütövlükdə, işğaldan azad olunmuş ərazilərdə 9 su anbarı tikilir və ya təmir olunur. Azərbaycanın mineral və suvarma su ehtiyatların təxminin ¼-i işğaldan azad olunan ərazilərimizin payın düşür. Bütövlükdə, azad edilmiş torpaqlarımızın həm istehsal, həm kənd təsərrüfatı potensialı böyükdür.

Bu baxımdan bərpa işlərlərindən sonra Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları Azərbaycanda iqtisadi inkişafa xüsusi töhfə verəcək, inkişafın yeni lokomotivinə çeviriləcək”, – deyə deputat qeyd edib.
Deputatın sözlərinə görə, bu potensialın reallaşması nəticəsində həmin ərazilərimizin Ümumi Daxili Məhsul İstehsalında payında da artım müşahidə olunacaq:

“Gözlənilir ki, bərpa prosesindən sonra həmin bölgələrimizdə məhsul istehsalının formalaşması Qarabağ və Şərqi Zəngəzurun Azərbaycan iqtisadiyyatındakı payının 8 faizədək yüksəlməsinə gətirib çıxaracaq”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO