Azərbaycan bazarlarında pomidor niyə bahalaşdı? - SƏBƏB bəlli oldu

Azərbaycan bazarlarında pomidor niyə bahalaşdı? - SƏBƏB bəlli oldu

Hazırda oxunan: Azərbaycan bazarlarında pomidor niyə bahalaşdı? - SƏBƏB bəlli oldu

70779

Azərbaycanda Meyvə-Tərəvəz İstehsalçıları və İxracatçıları Assosiasiyasının (AMTİİA) sədri Bəşir Quliyev Bizim.Media-ya verdiyi açıqlamasında bildirib ki, hazırda baş verən proses sezon bahalaşmasıdır.

“Səbəb isə odur ki pomidor 7-8 həftəyə yetişir və məhz 7-8 həftə bundan öncə ilin ən qaranlıq və ən soyuq vaxtına təsadüf edib. Soyuq hava, qaranlıq vaxtın çox olması istehsala çəkilən xərci də artırmış olub”.

Ekspertin sözlərinə görə, həmən vaxt pomidorun yetişmə sürəti maksimum aşağı düşür və istehsalçılar daha çox xərc çəkib istilikxanalarda ən az həcmdə pomidor toplayırlar: 
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanın 432 ton pomidoru Rusiyaya niyə BURAXILMAYIB? – SƏBƏB BİLİNDİ


“Bu Yer kürəsində hər yerdə belədir, artıq bu müddət bizdə başa çatıb. Demək olar ki, bir həftəyə pomidorun məhsuldarlığı bazar qiymətinə təsiredici səviyyədə artacaq və təklif artdıqca qiymət də aşağı düşəcək”.

Assosasiya sədrinin fikrincə pomidorun qiymət artımının xarici bazarla heç bir əlaqəsi yoxdur:

“Azərbaycan istehsalçısı ilk növbədə daxili bazarın tələbatını ödəyir və bundan sonra məhsulu xaricə göndərir. Yəni bu xaricə ixrac ilə bağlı deyil. Bu yalnız həcmdən aslıdır”.

Sahibkarlarının bazara təsirinə gəlincə isə ekspert bildirib ki, hazırda  bu məhsulun istehsalı ilə dövlət məşğul olmur:

“İstixanaların hamısı sahibkarlara məxsusdur. Amma məhsulların qiymətini tələb və təkliflər tənzimləyir. Deyərdim ki, bu iqtisadiyyatın əsas qanunu ilə tənzimlənir. Yəni təklif artanda qiymətlər aşağı düşür ki, tələb də artsın.
Bunun məntiqi davamı kimi deyə bilərəm ki, hər bir fərdin və ya ailənin məhsuldan istifadə norması və tükətmə miqdarı olur. Yəni pomidorun kilosu 1 qəpik də olsa, insan ehtiyacı olduğundan artıq pomidor yeyə bilməyəcək. Bu da təbii ki, məntiqi olaraq onun maksimal istehlak limitinə bərabərdir”, - deyərək fikirlərini yekunlaşdırıb.

Leyla Şah, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO