Azərbaycanda dərmanları kimlər bahalaşdırır? – ÇIXIŞ YOLU

Azərbaycanda dərmanları kimlər bahalaşdırır? – ÇIXIŞ YOLU

Hazırda oxunan: Azərbaycanda dərmanları kimlər bahalaşdırır? – ÇIXIŞ YOLU

70407

“Tarif Şurası tərəfindən dərmanların qiymətinin tənzimlənməsi baş verəndə gözlənilirdi ki, dərman bazarında qiymət siyasətində müəyyən normallaşma olacaq. Amma tam əksi baş verdi. İlkin mərhələdə Avropa istehsalı olan bir çox effektiv dərmanlar yoxa çıxdı. Ardınca qiymətlər bahalaşdı. Nəticədə qərarın nəticəsi olaraq kiçik şirkətlər rəqabətə dözməyərək, bazardan çıxdı. Ona görə də indi bazarda dominant olan şirkətlər istədikləri qiyməti asanlıqla diktə edir”. 

Bunu Bizim.Media-ya açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli Türkiyədən gətirilən dərman preparatlarının Azərbaycanda 6-10 qat baha satılmasının səbəblərindən danışarkən deyib.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanda bu 9 dərman müsadirə olundu


Ekspertin sözlərinə görə, Tarif Şurasının indiki qiymət təyinetmə siyasəti də özünü doğrultmur:

“Molekullarla bağlı qiymətlərin yüksək həddi istehsalçı ölkələrə görə müəyyən edilir. Türkiyə isə istehsalçı ölkələrin qiymətinin bahalaşdırılması kateqoriyasına aid olan siyahıdadır. Yəni bu ölkədən gələn dərmanlar başqa ölkələrdən gələnlərlə müqayisədə baha satıla bilər. Bu da rəqabətsizlik mühitinin birbaşa nəticəsidir”. 

N. Cəfərli bildirir ki, gömrük rüsumu və vergilər də prosesə öz təsirini göstərir: 

“Dərman ölkəyə daxil olan kimi avtomatik olaraq 35 faiz bahalaşır. Yerli dərman istehsalının olmaması da burada öz sözünü deyir”.  

“Ölkədə dərman sənayesi qurulsaydı, bu mənzərənin şahidi olmazdıq”.

Bunu isə tibb elmləri doktoru Adil Qeybulla deyib: 

“Azərbaycanda gətirilən dərmanlara görə gömrük rüsumları tətbiq edilir. Yerli istehsalın olmaması da belə vəziyyətin yaranmasına şərait yaradıb. Prosesi qaydaya salmaq lazımdır. Ya bir müddət dərman preparatları gömrük rüsumundan azad olmalı, ya da başqa dotasiyalar verilməlidir”. 

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO