Azərbaycanda sosial sığorta daxilolmaları kəskin artdı - FOTO

Azərbaycanda sosial sığorta daxilolmaları kəskin artdı - FOTO

Hazırda oxunan: Azərbaycanda sosial sığorta daxilolmaları kəskin artdı - FOTO

70330

Sosial-iqtisadi islahatların müsbət nəticələri əhalinin sosial sığorta sistemində iştirakının genişlənməsi ilə yanaşı, sosial sığorta daxilolmalarının davamlı artımına da şərait yaradıb. 

Nazirlikdən Bizim.Media-ya verilən məlumata görə, Dövlət Sosial Müdafiə Fonduna bu ilin ilk rübündə məcburi dövlət sosial sığorta daxilolmaları 152 milyon manat və ya 17 faiz artaraq 1 milyard 46 milyon 700 min manat təşkil edib.

Artım büdcə təşkilatları üzrə 13,4 faiz və ya 45,7 milyon, qeyri-büdcə təşkilatları üzrə 19,2 faiz və ya 106,3 milyon manat olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO