İlham Əliyev “Sosial sığorta haqqında” qanuna dəyişikliyi təsdiqlədi

İlham Əliyev “Sosial sığorta haqqında” qanuna dəyişikliyi təsdiqlədi

Hazırda oxunan: İlham Əliyev “Sosial sığorta haqqında” qanuna dəyişikliyi təsdiqlədi

7004

Prezident İlham Əliyev “Sosial sığorta haqqında” qanunda dəyişiklik edilməsi barədə qanunu imzalayıb.

Bizim.Media xəbər verir ki, sənədə əsasən, məcburi dövlət sosial sığortasının vəsaitləri dövlət sosial müdafiə fondunda cəmləşdirilir, bu qanuna və başqa müvafiq normativ hüquqi aktlara uyğun olaraq sosial sığorta ödəmələrinin, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) saxlanma xərclərinin və digər xərclərin maliyyələşdirilməsinə sərf edilir.

Sığorta vəsaitlərinin başqa məqsədlərə yönəldilməsinə yol verilmir.

Dövlət sosial müdafiə fondu dövlətin mülkiyyətində olan, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən idarəçiliyi həyata keçirilən dövlət büdcəsindən kənar müstəqil büdcəyə malik olan məqsədli dövlət maliyyə fondudur.

İlin sonuna məcburi dövlət sosial sığortasının vəsaitlərinin dövlət sosial müdafiə fondunda istifadə olunmamış qalığı növbəti ilin xərclərinin maliyyələşdirilməsinə yönəldilir.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO