Cənubi Qafqaz boru kəməri ilə qazın ixracı artmağa davam edir

Cənubi Qafqaz boru kəməri ilə qazın ixracı artmağa davam edir

Hazırda oxunan: Cənubi Qafqaz boru kəməri ilə qazın ixracı artmağa davam edir

69826

Bu ilin yanvar-mart aylarında Azərbaycanda magistral qaz kəmərləri ilə 10 769,6 mln. kubmetr qaz nəql edilib ki, bu da illik müqayisədə 9,7% çoxdur. 

Dövlət Statistika Komitəsindən Bizim.Media-ya verilən məlumata görə, qaz nəqlinin 46,7%-i Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilib. 

Belə ki, hesabat dövründə bu kəmərlə 5 026,1 mln. kubmetr qaz ötürülüb (2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 10,7%-lik artım).

Xatırladaq ki, ötən il Azərbaycanda magistral qaz kəmərləri ilə 35 108,8 mln. kubmetr qaz nəql edilib ki, bu da illik müqayisədə 18,6% çoxdur. Hesabat dövründə, bu kəmərlə 17 618 mln. kubmetr qaz ötürülüb (2020-ci illə müqayisədə 43,6%-lik artım). 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO