Azərbaycanda qızıl və gümüş hasilatı kəskin artdı

Azərbaycanda qızıl və gümüş hasilatı kəskin artdı

Hazırda oxunan: Azərbaycanda qızıl və gümüş hasilatı kəskin artdı

69821

Bu ilin I rübündə Azərbaycanda 608,2 kq qızıl hasil olunub. 

Bizim.Media-nın Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə qızıl hasilatı 26,7% azalıb.

Təkcə mart ayında isə 240,9 kq qızıl istehsal olunub ki, bu da fevral ayı ilə müqayisədə 20,2% çoxdur. 

Gümüşə gəldikdə, yanvar-martda ölkə ərazisində 1 331,6 kq gümüş hasil olunub. Bu, illik müqayisədə 10,2% çoxdur. Təkcə mart ayında isə 589 kq gümüş hasil olunub ki, bu da fevral ayı ilə müqayisədə 29,5% çoxdur. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO