Azərbaycan sığortaçılarının məcmu aktivləri 1% azaldı

Azərbaycan sığortaçılarının məcmu aktivləri 1% azaldı

Hazırda oxunan: Azərbaycan sığortaçılarının məcmu aktivləri 1% azaldı

69671

Azərbaycanda fəaliyyət göstərən 20 sığorta şirkətinin məcmu aktivləri bu il yanvarın 1-nə 1 216,542 milyon manat təşkil edib.

Bizim.Media xəbər verir ki, bu, ötən il yanvarın 1-nə nisbətən 0,6% azdır.

2021-ci ildə sığortaçılardan 11-i aktivlərini artırıb, 9-u azaldıb.

Hesabat ilində sığorta şirkətlərinin məcmu uzunmüddətli aktivləri 3,5% artaraq 484,428 milyon manat, məcmu qısamüddətli aktivləri isə 3,2% azalaraq 732,114 milyon manat olub. 9 şirkət uzunmüddətli aktivlərini, 11 şirkət isə qısamüddətli aktivlərini artıra bilib.

Hesabat dövründə sığortaçıların məcmu öhdəlikləri 2,7% artaraq 789,167 milyon manat təşkil edib. Sığortaçılardan 11-də öhdəliklər artıb, 9-da isə azalıb.
O cümlədən, şirkətlərin məcmu uzunmüddətli öhdəlikləri 9,3% artaraq 735,147 milyon manat, məcmu qısamüddətli öhdəlikləri isə 43,4% azalaraq 54,02 milyon manat olub. 11 şirkət uzunmüddətli öhdəliklərini, 10 şirkət isə qısamüddətli öhdəliklərini artırıb.

Ötən il sığorta şirkətlərinin məcmu balans kapitalı 6,3% azalaraq 427,375 milyon manata, məcmu nizamnamə kapitalı isə 1,4% azalaraq 324,188 milyon manata düşüb.

Bazar iştirakçılarından 8-si balans kapitalını, 3-ü – “Qala Sığorta”, “Günay Sığorta” və “Naxçıvan Sığorta” ASC isə nizamnamə kapitalını artırıb. 1 sığortaçı – “Azsığorta” isə nizamnamə kapitalını azaldıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO