Fransa Rusiyanın 25,6  milyard dollarlıq aktivlərini dondurdu

Fransa Rusiyanın 25,6  milyard dollarlıq aktivlərini dondurdu

Hazırda oxunan: Fransa Rusiyanın 25,6  milyard dollarlıq aktivlərini dondurdu

69434

Fransanın Maliyyə Nazirliyi Ukraynada müharibənin başlamasından bu yana dondurulan 23,7 milyard avro və ya 25,6 milyard dollarlıq Rusiya aktivlərinin siyahısını dərc edib.

Bizim.Media xəbər verir ki, bu barədə CNN telekanalı Fransa hökumətinin rəsmi sənədlərinə istinadla məlumat yayıb.

Məlumata görə, dondurulan aktivlərin 22,8 milyard avro dəyərində olan əsas hissəsi Rusiya Mərkəzi Bankına məxsusdur.

Bundan başqa, “qara siyahıya” Fransanın Antibes, Saint-Jean-Cap-Ferrat və Saint-Tropez kimi nüfuzlu kurortlardakı ünvanlar da daxil olmaqla, ümumi dəyəri 573,6 milyon avroluq 33 mülk daxildir.

Həmçinin ümumilikdə 7 milyon avro təşkil edən bank aktivləri, üç yaxta, altı helikopter və üç sənət əsəri də bloklanıb.
Xatırladaq ki, fevralın 24-də Rusiya Ukraynaya qarşı müharibəyə başlayıb. Avropa İttifaqı, Kanada, ABŞ, Böyük Britaniya və dünyanın bir çox digər ölkələri bu səbəbdən RF-ə qarşı geniş sanksiyalar tətbiq edib və onların siyahısı getdikcə artır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO