Xəbər verdiyimiz kimi, Milli Məclisin bu gün keçirilən iclasında "PAŞA Bank" ASC-nin İdarə heyətinin sədri, baş icraçı direktoru Taleh Kazımov Azərbaycan Respublikasının Mərkəzi Bankının İdarə Heyətinə üzv seçilib.
Bizim.Media xəbər verir ki, bununla bağlı o, parlamentdəki çıxışı zamanı ölkə başçısına və deputatlara minnətdarlığını bildirib.
“Hörmətli sədr və deputatlar. Hər birinizi salamlayıram. İlk öncə mənə göstərilən ali etimada görə möhtərəm prezidentimiz İlham Əliyevə minnətdarlığımı bildirmək istəyirəm. Və sizə, parlamentin deputatlarına mənim namizədliyimi təsdiq etdiyinizə və göstərdiyiniz etimada görə dərin təşəkkürümü bildirirəm.
MÖVZU İLƏ BAĞLI:
Taleh Kazımov Prezidentə TƏŞƏKKÜR ETDİ
Sözsüz ki, səlahiyyətləri və məsuliyyəti dərk edərək ölkə başçısı tərəfindən qoyulan tapşırıqları və ümumiyyətlə vəzifə öhdəliklərini layiqincə vaxtlı-vaxtında yüksək peşəkarlıqla icra etməyə söz verirəm.
Mən bir daha hər birinizə təşəkkürümü bildirirəm ki, bu təyinatla bağlı öz müsbət rəyinizi bildirdiniz”, deyə o, qeyd edib.
Bizim.Media