Azərbaycanın 432 ton pomidoru Rusiyaya niyə BURAXILMAYIB? – SƏBƏB BİLİNDİ

Azərbaycanın 432 ton pomidoru Rusiyaya niyə BURAXILMAYIB? – SƏBƏB BİLİNDİ

Hazırda oxunan: Azərbaycanın 432 ton pomidoru Rusiyaya niyə BURAXILMAYIB? – SƏBƏB BİLİNDİ

69231

Xəbər verildiyi kimi Azərbaycandan göndərilən 432,5 ton həcmində təzə pomidor Rusiyaya buraxılmayıb. Pomidor Rusiya dövlət sərhədində yerləşən “Yaraq-Qazmalar” buraxılış məntəqəsindən göndərilib.

Qadağan olunmuş məhsullar arasında 25 partiyası nəzarətə götürülən məhsullar arasında Azərbaycandan 432,5 ton həcmində təzə pomidor, İrandan isə 129,8 ton həcmində Pekin kələmi, aysberq salatı və kahı olub.

Məhsulların Rusiyaya buraxılmamasına səbəb nədir və hər il müvafiq dövrdə niyə analoji problem yaranır?

Məsələ ilə bağlı Bizim.Media-ya danışan iqtisadçı-ekspert Akif Nəsirli xatırladıb ki, Rusiya pomidor ixrac etməkdən ötrü sahibkar Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən sənəd almalıdır:
 

MÖVZU İLƏ BAĞLI:

AQTA-dan Rusiyanın Azərbaycan pomidoruna qadağa qoyması xəbərlərinə MÜNASİBƏT 


“Həmin sənəd Rusiya tərəfinə təqdim ediməli və həmin ölkə isə öz növbəsində yükləri buraxmalıdır. İki ölkənin müvafiq qurumları arasında artıq 1 ildən çoxdur ki, prosedur belədir. Məsələ burasındadır ki, bu sənədlər olanda da adətən Rusiya hansısa siyasi məsələyə görə Azərbaycanda idxal məhsullarını buraxmır. Rusiya ilə Azərbaycan arasında gedən siyasi proseslər Azərbaycandan qonşu ölkəyə idxal məhsullarınım əngəllənməsi kimi ortaya çıxır. İndiki şəraitdə isə bu məsələnin nə dərəcədə siyasi iradə ilə bağlı olması aydın deyil. Çünki hazırda Rusiya ölkəyə idxalı əngəlləməkdə maraqlı deyil. Bunun dəqiq səbəbini isə konkret demək çətindir”.

Ekspert qeyd edib ki sözügedən məsələdə əsas həlledici rola AQTA malikdir:

“Qurum əgər məhsulun Rusiyaya keçməsi üçün sənəd veribsə, yüklərin Rusiyaya buraxılmaması səbəbini dəqiq bilməlidir. Yox əgər sənəd verməyibsə, səbəb elə AQTA-dadır”.

Məsələyə Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli parlamentin bu günkü iclasında münasibət bildirib.

Onun sözlərinə görə Rusiyanın müvafiq qurumu tərəfindən Azərbaycandan ora gedən pomidorlara qadağaların qoyulması ilə bağlı qərar yoxdur:

“Hazırda Azərbaycandan ixrac olunan pomidor və alma məhsullarının ixracı mükündür. Bununla bağlı hər hansı bir məhdudiyyət yoxdur”, - deyə Qoşqar Təhməzli əlavə edib.

Alçina Amilqızı, Bizim.Media  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO