Orta Azərbaycan ailəsinin aylıq ehtiyacı nə qədərdir? - RƏQƏMLƏR  

Orta Azərbaycan ailəsinin aylıq ehtiyacı nə qədərdir? - RƏQƏMLƏR  

Hazırda oxunan: Orta Azərbaycan ailəsinin aylıq ehtiyacı nə qədərdir? - RƏQƏMLƏR  

69057

“Rəsmi rəqəmlərlə hesablasaq bir ailənin aylıq ehtiyacı üçün 900, beynəlxalq standartla hesablasaq isə 1200-1500 manat həcmində gəliri olmalıdır”.

Bunu Bizim.Media-ya açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli Azərbaycanda bir ailənin normal yaşaması üçün aylıq nə qədər vəsaitin lazım olduğuna aydınlıq gətirərkən deyib:

“Hökumətin elan etdiyi yaşayaış minimumu ilə hesablamalar aparsaq 4 nəfərlik Azərbaycan ailəsinin bir aylıq minimum ehtiyacı üçün azı 900 manatı olmalıdır. Amma orta statistik gəlirlik səviyyəsini hesablasaq 4 nəfərlik ailənin dolanışığı üçün aylıq 1200-1500 manat həcmində vəsait tələb olunur.
 

MÖVZU İLƏ BAĞLI:

Bu il Azərbaycanın gəlirləri bir neçə milyard dollar artacaq


Ölkəmizdə sadəcə yaşayış minimunu aşağı qiymətlərlə hesabladığımdan, daha aşağı rəqəmlər alınır. Bunun da əsas səbəbi odur ki, rəsmi rəqəmlərə görə Azərbaycanda yoxsulluq səviyyəsi 5 faiz həndəvərindədir.

Məhz yoxsulluq həddində olan insanların 5 faiz civarında qalması üçün yaşayış minimumu da aşağı rəqəmlərlə ifadə olunur.

Lakin beynəlxalq standartlara uyğun 4 nəfərlik ailənin dolanışığını hesablasaq bu rəqəm də kəskin artacaq”.

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO