Azərbaycan və İsrail arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi qeyd edilir.
Bizim.Media xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov şəxsi “Facebook” hesabında paylaşım edib.
“Ölkələrimiz arasında münasibətlər onların tarixi qədər qədim və möhkəmdir. Dostluğumuz əməkdaşlığımızın daha da dərinləşməsinə və güclənməsinə böyük töhfələr verəcək”, - deyə nazir qeyd edib.
Bizim.Media