Avro Azərbaycan manatına qarşı 22 aylıq minimuma endi

Avro Azərbaycan manatına qarşı 22 aylıq minimuma endi

Hazırda oxunan: Avro Azərbaycan manatına qarşı 22 aylıq minimuma endi

68315

Bu gün avronun (EUR) Azərbaycan manatına (AZN) qarşı rəsmi məzənnəsi daha 0,6% enərək 1,8524 manat təşkil edib. Bu, 2020-ci ilin 18 may tarixindən bəri qeydə alınan ən aşağı göstəricidir.

Bizim.Media xəbər verir ki, sonuncu dəfə avronun manata qarşı bundan aşağı göstəricisi 2020-ci il mayın 18-də qeydə alınıb – 1,8395 manat. Ötən il yanvarın 7-də avronun manata qarşı məzənnəsi 2,0958 manata çataraq 32 aylıq maksimumu yeniləmişdi. Həmin tarixdən avro manata nisbətdə 11,6% ucuzlaşıb.

Qərbin Rusiyaya qarşı yeni sanksiyaları ehtimalının avroya təzyiqi artırması nəticəsində avro möhkəmlənən ABŞ dolları qarşısında yenidən enməyə başlayıb.

Qeyd edək ki, manatın dollara qarşı məzənnəsinin 1 dollar/1,7 manat səviyyəsində olan sərt bağlılığını nəzərə alaraq, avronun dollar qarşısında dəyərsizləşməsi AZN-EUR cütlüyündə də eyni nəticəyə gətirib çıxarıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO