Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 4,27 ABŞ dolları, yaxud 3,78 % artaraq 117,15 ABŞ dollarına çatıb.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı neft bazarındakı mənbə yayıb.
Qeyd edilib ki, dünən “Brent” markalı neftin bir bareli 107,71 ABŞ dolları olub.
Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 50 ABŞ dolları götürülüb.
Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.
Azərbaycanda neft əsasən "Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Dövlət Neft Şirkətinin (SOCAR) payı 25 %-dir.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
10:42 / 31.03.2022
Azərbaycan nefti 4 %-dək bahalaşdı - 117,15 dollara satılır
Hazırda oxunan: Azərbaycan nefti 4 %-dək bahalaşdı - 117,15 dollara satılır
Hazırda oxunan: Azərbaycan nefti 4 %-dək bahalaşdı - 117,15 dollara satılır
67247
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.