Baş nazirdən ərzaq təhlükəsizliyi ilə bağlı MÜŞAVİRƏ – Hansı məsələlər müzakirə edildi?

Baş nazirdən ərzaq təhlükəsizliyi ilə bağlı MÜŞAVİRƏ – Hansı məsələlər müzakirə edildi?

Hazırda oxunan: Baş nazirdən ərzaq təhlükəsizliyi ilə bağlı MÜŞAVİRƏ – Hansı məsələlər müzakirə edildi?

66963

Ərzaq təhlükəsizliyinin təmin edilməsinə və əhalinin əsas ərzaq məhsulları ilə təchizatının yaxşılaşdırılmasına həsr olunan müşavirə keçirilib.

Bu barədə Bizim.Media-ya Nazirlər Kabinetinin Mətbuat Xidmətindən məlumat verilib.
 

MÖVZU İLƏ BAĞLI:

Baş nazirdən tütün idxalı ilə bağlı YENİ QƏRAR


Baş nazir Əli Əsədovun sədrliyi ilə keçirilən müşavirədə “Minimum istehlak səbətinin tərkibinə daxil olan bir sıra əsas ərzaq mallarının və onların istehsalında istifadə olunan malların ölkə ərazisindən aparılmasının tənzimlənməsinə dair tədbirlər haqqında” Nazirlər Kabinetinin 18 mart tarixli Qərarından irəli gələn tapşırıqlar, əsas ərzaq məhsulları ilə daxili bazarın təchizatının yaxşılaşdırılması və özünütəminat səviyyəsinin qorunması, yerli istehsalçıların stimullaşdırılması, əsas ticarət tərəfdaşları ilə idxal-ixrac əməliyyatları, daxili bazarda qiymət manipulyasiyası üzərində nəzarətin gücləndirilməsi və digər məsələlər geniş müzakirə olunub.

Müşavirədə İqtisadiyyat və Kənd Təsərrüfatı nazirliklərinin, Dövlət Gömrük Komitəsinin, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin, Qida Təhlükəsizliyi və Dövlət Ehtiyatları Agentliyinin məruzələri dinlənilib və müvafiq tapşırıqlar verilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO