Rusiya-Ukrayna müharibəsi Mingəçevirdəki tikinti bazarına necə təsir edib? – FOTO

Rusiya-Ukrayna müharibəsi Mingəçevirdəki tikinti bazarına necə təsir edib? – FOTO

Hazırda oxunan: Rusiya-Ukrayna müharibəsi Mingəçevirdəki tikinti bazarına necə təsir edib? – FOTO

66900

Rusiya-Ukrayna müharibəsi Mingəçevirdə yerləşən bölgənin ən iri tikinti bazarındakı qiymətə təsir edib.

Bazarın rəsmisi Ramin Əhmədov bununla bağlı Bizim.Media-ya açıqlama verib.

Onun sözlərinə görə, Ukrayanada gedən müharibə daşımalarda ləngimələrə, bazarda taxta məhsullarının azalmasına və qiymət artımına səbəb olub:

“Hazırda ölkə üzrə taxta materiallarının qiyməti bir ay öncə ilə müqayisədə xeyli artıb. Məsələn, fevral ayında kubu 375-380 manata satılan taxta matüriallarının qiyməti  hazırda 440-450 manat təşkil edir.
Əsasən qiymət artımı bu məhsulda özünü biruzə verir. Düzdür, artım digər materiallarda da var, ancaq bu, o qədər də yüksək hesab edilmir. Alıcılara gəlincə, mövsüm yeni fəallaşır. Az sayda da olsa, zəruri  materiallar üçün buraya üz tutub alış-veriş edirlər. Qiymət fərqini açıqca müşahidə etsələr də  əndazədən çıxmadığını deyirlər”.

Ramin Əhmədov əlavə edib ki, taxta ilə dolu 3 vaqon mal Azərbaycana yetişmək üzrədir, daha 9 vaqon isə yoldadır.

Ehtiram Muradov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO