Bakıdan Batumiyə birbaşa uçuşlar bərpa olunur - 29 avrodan…

Bakıdan Batumiyə birbaşa uçuşlar bərpa olunur - 29 avrodan…

Hazırda oxunan: Bakıdan Batumiyə birbaşa uçuşlar bərpa olunur - 29 avrodan…

66774

İyun ayından etibarən “Buta Airways” aviaşirkəti yay cədvəli çərçivəsində Bakı-Batumi marşrutu üzrə və əks istiqamətdə uçuşlar yerinə yetirməyə başlayacaq.

Bu barədə Bizim.Media-ya “Buta Airways” aviaşirkətindən bildirilib.

Belə ki, bu il iyunun 1-dən etibarən aviaşirkət Bakı-Batumi-Bakı marşrutu üzrə həftədə iki dəfə: cümə və bazar günləri uçuşlar həyata keçirəcək.
Batumi şəhərinə uçuş aviaşirkətin Tbilisidən sonra Gürcüstana ikinci bərpa olunmuş beynəlxalq istiqamətidir. Həmin uçuşlara biletləri butaairways.az rəsmi saytından (“Büdcə”, “Standart” və “Super” tarifləri üzrə), həmçinin aviaşirkətin akkreditə olunmuş agentliklərindən (yalnız "Super" tarifi üzrə) əldə edə bilərsiniz.

Biletlərin dəyəri 29 avrodan başlayır. Pandemiya dövründə qeyd edilən reyslərə həm gediş, həm gəliş zamanı Heydər Əliyev Beynəlxalq Aeroportunun 1-ci Terminalında xidmət göstərilir.
Daşımaya yalnız mövcud epidemioloji məhdudiyyətlər şəraitində uçuş icazəsi olan sərnişinlər kateqoriyası qəbul olunacaq.

Gürcüstana səfər etməyi planlaşdıran Azərbaycan vətəndaşlarının bu ölkənin ərazisinə giriş hüququ olmalıdır. Pandemiya dövründə Gürcüstan ərazisinə giriş qaydaları aviaşirkətin saytında qeyd edilmişdir.

Azərbaycanda COVID-19 üçün test verilə bilən klinikaların siyahısı aviaşirkətin saytında qeyd edilmişdir.

Gürcüstandan Azərbaycana uçuş zamanı COVİD-19 testindən keçmək zəruridir. COVID-19 testinin nəticəsi uçuşdan əvvəl 72 saat ərzində etibarlı olmalıdır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO