“Azərbaycan, Norveç və ya Əlcəzair kimi digər qaz tədarükçüləri ilə yeni uzunmüddətli müqavilələrin bağlanması mavi yanacağın dünya qiymətlərinin aşağı düşməsinə səbəb olacaq”.
Bizim.Media-nın Avstriya mətbuatına istinadən verdiyi məlumata görə, bunu Avstriyanın enerji tənzimləyicisi E-Control şirkətinin rəhbəri Volfqanq Urbançiç deyib.
"Rusiya bir gün xətləri kəsərsə, Avstriya nə qədər dayana bilər? Avstriyada qazdan bir milyon ev təsərrüfatını isitmək, həmçinin elektrik enerjisi ilə təmin etmək üçün istifadə olunur. Əsas məqsəd enerji mənbələrinin (elektrik stansiyalarının) işlək vəziyyətdə saxlanmasıdır, əks halda elektrik enerjisində fasilələr yarana bilər", - V.Urbançiç bildirib.
Onun sözlərinə görə, Ukraynada hərbi əməliyyatlar başlayandan sonra enerji qiymətləri kəskin artıb və Rusiyadan qazın mərhələli şəkildə dayandırılmasının qiymətlərin daha da yüksəlməsinə səbəb olacağı ilə bağlı qorxu var:
"İndi Əlcəzair, Azərbaycan və ya Norveç kimi digər qaz tədarükçüləri ilə yeni uzunmüddətli müqavilələr imzalana bilər. Əminəm ki, o zaman qiymətlərlə bağlı vəziyyət normallaşacaq".
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
18:01 / 26.03.2022
Avstriya Azərbaycanla uzunmüddətli qaz müqaviləsi bağlamağı təklif edir
Hazırda oxunan: Avstriya Azərbaycanla uzunmüddətli qaz müqaviləsi bağlamağı təklif edir
Hazırda oxunan: Avstriya Azərbaycanla uzunmüddətli qaz müqaviləsi bağlamağı təklif edir
66538
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.