Görünməyən kamera - Smartfonlarda yenilik - VİDEO

Görünməyən kamera - Smartfonlarda yenilik - VİDEO

Hazırda oxunan: Görünməyən kamera - Smartfonlarda yenilik - VİDEO

6620

Hər gün yenilənən texnologiya bütün sahələrdə özünü göstərir.

ZTE markası smartfonlara bir yenilik gətirib.

Bizim.Media “Cnet” saytına istinadən xəbər verir ki, yeni “ZTE Axon 20” dünyanın kamerası ekran altında gizlədilən ilk telefonu olub.

Belə ki, cihazı ələ aldığımızda ekranda heç bir kamera görünmür. Lakin ön kameranı açarkən ekranda gizlənmiş kamera ortaya çıxır.

449 dollara ( 764 manat) satışa çıxarılan bu versiya 90Hz yenilənən tezlik, 5G sürətli, 30 vatt batareya doldurma və 4220 amper batareya gücü ilə təqdim olunub.

Smartfonun arxada 64 mp olan 4 kamerası mövcudur. Ön ekranaltı selfi kamerası isə 32 mp ölçülərlə təqdim olunub.

Bizim.Media

 



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO