Ötən il 9 milyard manatlıq qiymətli kağız qeydiyyata alınıb

Ötən il 9 milyard manatlıq qiymətli kağız qeydiyyata alınıb

Hazırda oxunan: Ötən il 9 milyard manatlıq qiymətli kağız qeydiyyata alınıb

64082

2021-ci ildə Azərbaycan Mərkəzi Bankı (AMB) 9,3 milyard manatlıq investisiya qiymətli kağızlarının dövlət qeydiyyatını həyata keçirib.

Bizim.Media xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2021-ci ildə fəaliyyəti haqqında hesabatda bildirilir.

Sənəddə deyilir ki, bunun 1,9 milyard manatı 59 korporativ istiqraz buraxılışının, 0,7 milyard manatı 138 səhm buraxılışının, 6,7 milyard manatı isə dövlət qiymətli kağızlarının, o cümlədən 4,8 milyard manatı AMB-nin notlarının, 1,9 milyard manatı isə Maliyyə Nazirliyinin istiqrazlarının payına düşüb.

Ötən il korporativ qiymətli kağızların kütləvi təklifi üzrə ümumi məbləği 0,5 milyard manat olan 20 emissiya prospekti təsdiq edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO