Azərbaycan bu ilin yanvar ayında ərzaq idxalını artırıb - FAİZLƏR

Azərbaycan bu ilin yanvar ayında ərzaq idxalını artırıb - FAİZLƏR

Hazırda oxunan: Azərbaycan bu ilin yanvar ayında ərzaq idxalını artırıb - FAİZLƏR

63388

2022-ci ilin yanvar ayında Azərbaycana 163 min 512 tondan çox ərzaq məhsulları idxal edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 38,2 faiz çoxdur.

Bizim.Media Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, Azərbaycanın ərzaq məhsullarının idxalı dəyər ifadəsində 27,46 faiz və ya 41 787 dollar artaraq 1,635 milyon dollara yaxın olub.

2022-ci ilin yanvar ayında Azərbaycana 5,72 min ABŞ dolları dəyərində 3,165 min tondan çox ət, 736,82 ton süd (992,24 min dollar), 1,137 min ton süd məhsulları (6,377 min dollar), 844,22 ton çay (4,05 min dollardan çox), 33,371 min ton tərəvəz və meyvə (9418 min dollar) idxal edilib.

Azərbaycan həmçinin 38 825 dollar dəyərində 93 704 tondan çox buğda, arpa, qarğıdalı və düyü idxal edib. Bitki mənşəli piylər və yağların idxalı 17,4 min tona yaxın (26,269 min dollar) olub.

Bu müddət ərzində Azərbaycan tütün və tütün məmulatlarının idxalını 2021-ci ilin yanvar ayı ilə müqayisədə 19,5 faiz azaldaraq, təxminən 5 259 ABŞ dollarına çatdırıb.

Əczaçılıq sənayesi məhsullarının idxalı 2021-ci ilin yanvar ayı ilə müqayisədə kəmiyyət ifadəsində 26,5 faiz və ya 881,34 ton azalaraq 2,438 min ton, dəyər ifadəsində isə 11,52 faiz və ya 4,835 min dollar artaraq 46,793 min dollar olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO