Kənd təsərrüfatı naziri İnam Kərimov martin 11- də, saat 11:00-da Şəki Dövlət Aqrar İnkişaf Mərkəzinin (DAİM) inzibati binasında Şəki və Qax rayonlarından olan vətəndaşları qəbul edəcək.
Nazirlikdən Bizim.Media-ya verilən məlumata görə, qəbulda iştirak etmək istəyənlər Şəki DAİM-ə (055-7377505) müraciət edə bilərlər.
Qəbula yazılmaq üçün, həmçinin nazirliyin “Çağrı Mərkəzi”nə zəng etməklə (1652) və elektron poçt ([email protected]) vasitəsi ilə də qeydiyyatdan keçmək olar.
Qəbula gələn vətəndaşlar əvvəlcədən qeydiyyatdan keçməli və şəxsiyyətlərini təsdiq edən sənədləri özləri ilə gətirməlidirlər.
Vətəndaş qəbulu pandemiya dövrünün tələblərinə uyğun keçiriəcək. Qəbulda peyvənd və yaxud immunitet sertifikatı, həmçinin COVID-19-a qarşı peyvəndə əks-göstərişi müəyyən edən əks-göstəriş sertifikatı olan vətəndaşlar iştirak edə bilər.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
03:27 / 05.03.2022
Kənd təsərrüfatı naziri vətəndaşları qəbul edəcək
Hazırda oxunan: Kənd təsərrüfatı naziri vətəndaşları qəbul edəcək
Hazırda oxunan: Kənd təsərrüfatı naziri vətəndaşları qəbul edəcək
63222
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.