Rusiya iqtisadiyyatı ÇÖKÜR – İki rus milyarder də “MÜHARİBƏNİ DAYANDIRIN” dedi

Rusiya iqtisadiyyatı ÇÖKÜR – İki rus milyarder də “MÜHARİBƏNİ DAYANDIRIN” dedi

Hazırda oxunan: Rusiya iqtisadiyyatı ÇÖKÜR – İki rus milyarder də “MÜHARİBƏNİ DAYANDIRIN” dedi

62338

“Qərb ölkələrinin yeni sanksiyaları fonunda Rusiya rublu ciddi şəkildə dəyərsizləşib. Rusiya valyutası ABŞ puluna nisbətən psixoloji həddi keçərək 1 dollar 105 rubl məzənnəsinədək ucuzlaşıb. Müharibə davam edərsə və sanksiyalar genişlənərsə, bu rubl üçün sonuncu dayanacaq olmayacaq”.

Bizim.Media xəbər verir ki, bu fikirləri “Facebook” hesabında Milli Məclisin deputatı Vüqar Bayramov qeyd edib.
 

MÖVZU İLƏ BAĞLI:

Rusiyada yaşayan Azərbaycanlı milyarderlər 5 gündə nə qədər pul itirib? - ŞOK RƏQƏMLƏR


​​​​​​​Onun sözlərinə görə Rusiyada dollara tələbin artması xarici valyuta qıtlığı yaradacaq:

“Artıq bütün Rusiya banklarının qarşısında uzun növbələr müşahidə olunur. Vətəndaşlar banklardan pullarını götürməyə çalışırlar. Bu isə Rusiyanın bank sektoru üçün ciddi neqativ nəticələrə səbəb ola bilər. Rusiyanı SWİFT-dən uzaqlaşdırmaq ilə bağlı qərardan sonra bu ölkənin maliyyə sektoru sankisyalara daha kəskin reaksiya verməkdədir. Rusiya Mərkəzi Bankının aktivlərinin dondurulması ilə bağlı qərar qəbul ediləcəyi halda isə bu rublu ciddi silkələyə bilər”.

İqtisadçının sözlərinə görə savaşın başlamasından 5 gün keçməsinə baxmayaraq Qərbin sankisyaları Rusiya iqtisadiyyatına artıq ciddi təsirlər göstərməkdədir:

“Görünən odur ki, bu mühairbə Rusiya iqtisadiyyatı üçün heç də ucuza başa gəlməyəcək. Rusiyalı 2 milyarder müharibənin dayandırılması ilə bağlı müraciət edib. Biznes yeni sanksiyalar dalğasından ciddi şəkildə ehtiyatlanmaqdadır”.

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO