Yenilənmiş 50 MANAT dünyanın ən yaxşısı seçildi - FOTO

Yenilənmiş 50 MANAT dünyanın ən yaxşısı seçildi - FOTO

Hazırda oxunan: Yenilənmiş 50 MANAT dünyanın ən yaxşısı seçildi - FOTO

61543

Cari ilin fevralın 22-də “Beynəlxalq Pul Nişanları Assosiasiyası” (IACA-ABŞ) tərəfindən dünyanın aparıcı mərkəzi banklarının iştirakı ilə ABŞ-ın Vaşinqton şəhərində beynəlxalq konfrans keçirilib.

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı (AMB) məlumat yayıb.
 

MÖVZU İLƏ BAĞLI:

50 manatlıq pul nişanı müsabiqədə finala çıxdı - DETALLAR


Konfransda Azərbaycan Mərkəzi Bankı ilə yanaşı, 150-dən çox ölkənin, o cümlədən Avropa Mərkəzi Bankının, İngiltərə, İsveçrə, İsveç, Norveç, Avstraliya, Meksika, İndoneziya, Qazaxıstan, Sinqapur, Filippin, Qətər və s. ölkələrin mərkəzi banklarının tədavülə buraxdığı yeni pul nişanlarının “Dünyanın ən Yaxşı yeni Banknotu” nominasiyası üzrə müsabiqəsi təşkil olunub.

Müsabiqədə Azərbaycanın yenilənmiş 50 manatlıq pul nişanı mövzusuna, dizaynına və təhlükəsizlik sistemlərinə görə “Dünyanın ən Yaxşı yeni Banknotu” tituluna layiq görülərək qalib seçilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO