Azərbaycanda e-ticarətin həcmi yanvarda 15% azalıb

Azərbaycanda e-ticarətin həcmi yanvarda 15% azalıb

Hazırda oxunan: Azərbaycanda e-ticarətin həcmi yanvarda 15% azalıb

61352

Cari ilin yanvar ayında Azərbaycan əhalisi tərəfindən bank kartları ilə elektron ticarət (e-ticarət) şəbəkəsində 919,6 milyon manat həcmində ödəniş həyata keçirilib.

Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı Azərbaycan Mərkəzi Bankı yayıb.

Mənbə qeyd edir ki, bu, ötən ilin yanvar ayı ilə müqayisədə 2,6 dəfə çox olsa da, ötən ilin dekabr ayında qeydə alınmış tarixi maksimum ilə müqayisədə isə 14,6% azdır.

Qeyd edək ki, 2021-ci ildə əhali e-ticarət şəbəkəsində 7,208 milyard manat həcmində ödənişlər həyata keçirib, bu da 2020-ci illə müqayisədə 86% çoxdur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO