Azərbaycanda nağdsız ödənişlərin həcmi yanvarda 13% azalıb

Azərbaycanda nağdsız ödənişlərin həcmi yanvarda 13% azalıb

Hazırda oxunan: Azərbaycanda nağdsız ödənişlərin həcmi yanvarda 13% azalıb

61351

Bu ili yanvar ayında Azərbaycanda debet və kredit kartları vasitəsilə 1,306 milyard. manat həcmində nağdsız ödənişlər həyata keçirilib.

Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı Azərbaycan Mərkəzi Bankı yayıb.

Mənbə qeyd edir ki, bu göstərici ötən ilin eyni ayı ilə müqayisədə 2,2 dəfə artsa da, dekabr ayı ilə müqayisədə 13% azalıb.

Nağdsız ödənişlərin 2 milyon manatı ATM-lər, 384 milyon manatı POS-terminallar, 920 milyon manatı isə elektron ticarət vasitəsilə həyata keçirilib.

Qeyd edək ki, 2021-ci ildə 11,172 mlrd. manat həcmində nağdsız ödənişlər həyata keçirilib ki, bu da illik müqayisədə 82,7% çoxdur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO