Azərbaycanın bank sektorunun xalis mənfəəti 2 dəfədən çox artıb

Azərbaycanın bank sektorunun xalis mənfəəti 2 dəfədən çox artıb

Hazırda oxunan: Azərbaycanın bank sektorunun xalis mənfəəti 2 dəfədən çox artıb

61312

Azərbaycanın bank sektoru bu ilin yanvar ayında 58,6 milyon manat məbləğində xalis mənfəət əldə edib.

Bizim.Media Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,3 dəfə çoxdur.

Yanvar ayı ərzində bankların əməliyyat gəlirləri 260,6 milyon manat (ötən ilin eyni dövrünə nisbətən 22,5 % çox), əməliyyat xərcləri 166,7 milyon manat (23,5 % çox), xüsusi ehtiyatlara ayırmaları 16,8 milyon manat (2,2 dəfə az), mənfəət vergisi ödəmələri isə 14 milyon manat (55,6 % çox) təşkil edib.

Hal-hazırda Azərbaycanda 26 bank fəaliyyət göstərir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO