Avropa İttifaqında mənzil bahalaşır: Qiymətlər ən çox hansı ölkələrdə artıb?

Avropa İttifaqında mənzil bahalaşır: Qiymətlər ən çox hansı ölkələrdə artıb?

Hazırda oxunan: Avropa İttifaqında mənzil bahalaşır: Qiymətlər ən çox hansı ölkələrdə artıb?

606621

Avropa İttifaqı ölkələrində mənzil qiymətləri 2025-ci ilin dördüncü rübündə illik müqayisədə orta hesabla 5,5 faiz artıb. 

Bizim.Media xəbər verir ki, Eurostat-ın məlumatına görə, eyni dövrdə avrozonada artım 5,1 faiz olub.
 

Ən yüksək bahalaşma Macarıstanda qeydə alınıb — 21,2 faiz. Sonrakı yerlərdə Portuqaliya (18,9 faiz), Xorvatiya (16,1 faiz) və İspaniya (12,9 faiz) qərarlaşıb. Eurostat bildirir ki, Aİ ölkələrinin 25-də illik artım qeydə alınıb, yalnız bir ölkədə enmə baş verib.


Qiymətlərin 10 faizdən çox artdığı digər ölkələr sırasında Slovakiya (12,8 faiz), Bolqarıstan (12,6 faiz), Latviya (11,0 faiz), Litva (10,8 faiz) və Çexiya (10,4 faiz) yer alıb. Daha mülayim dinamika Almaniyada (3,0 faiz) və Fransada (1,0 faiz) müşahidə olunub.

Aİ-də qiymətlərin azaldığı yeganə ölkə isə Finlandiya olub. Bu ölkədə mənzil qiymətləri illik ifadədə 3,1 faiz aşağı düşüb.

Analitiklər bahalaşmanı bir neçə amillə izah edirlər: faiz dərəcələrinin sabitləşməsi, alıcıların bazara qayıtması, mənzil təklifinin məhdud qalması və xüsusən turistik bölgələrdə qısamüddətli icarənin genişlənməsi. 

Euronews-un yazdığına görə, Portuqaliya, Xorvatiya və İspaniyada güclü beynəlxalq tələbat da qiymət artımını sürətləndirən əsas səbəblərdən biri olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO