Vergi bəyannamələrinin yeni formaları təsdiqləndi

Vergi bəyannamələrinin yeni formaları təsdiqləndi

Hazırda oxunan: Vergi bəyannamələrinin yeni formaları təsdiqləndi

60613

Azərbaycanda vergi bəyannamələrinin yeni formaları təsdiqlənib.

Dövlət Vergi Xidmətindən Bizim.Media-ya verilən nəlumata görə, Azərbaycan Respublikasının Vergi Məcəlləsinə edilmiş dəyişikliklərlə bağlı “Dövlət rüsumu haqqında” Qanuna və digər qanunvericilik aktlarına da müvafiq dəyişikliklər olunub.

Bununla əlaqədar, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində “Sadələşdirilmiş verginin bəyannaməsi” və onun tərtib edilməsi qaydası, “Sadələşdirilmiş verginin bəyannaməsinə 2 nömrəli Əlavə” və onu tərtib edilməsi qaydası, “Uduşlardan (mükafatdan) əldə edilən gəlirdən ödəmə mənbəyində tutulan verginin bəyannaməsi” və onun tərtib edilməsi qaydası, həmçinin “Dövlət rüsumunun tutulması haqqında hesabatın” forması və onun tərtib edilməsi qaydası yeni redaktədə təsdiq olunub.

Bununla da əvvəlki illərdə təsdiq olunmuş eyniadlı sənədlər ləğv edilib.

Qaydalar 1 yanvar 2022-ci ildən qüvvəyə minib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO